"Türkiyə-Rusiya bankının yaradılması ABŞ-ın sanksiyaları nəticəsində yaranan ödəniş köçürmələri ilə bağlı problemlərin həlli yollarını axtaran departamentlər arasında müzakirə mövzusudur".
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin bank sektorundakı mənbə RİA Novosti-yə bildirib.
Qeyd edilib ki, bundan öncə Türkiyədə bir sıra özəl banklar Rusiya şirkətlərinin hesablarını bağlayıblar, bu, ABŞ-ın sanksiyalarla bağlı görünməmiş təzyiqi ilə bağlıdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kreml vəziyyətdən xəbərdardır, Moskva Ankara ilə dialoq aparır.






