Artımlı pensiya nə vaxt veriləcək?

Redaksiya
Artımlı pensiya nə vaxt veriləcək?

Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, pensiyalar indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

“Operativ Media”ya açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli deyir ki, artım bütün pensiya alanlara şamil ediləcək. Artım ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edəcək.

“Artım Dövlət Statistika Komitəsinin məlumatına əsasən həyata keçiriləcək. Artım faizini dəqiq bilmək üçün komitənin rəsmi məlumatı dərc olunmalıdır. 11,2% artım yanvar-sentyabr ayına qədər olan məlumata əsasən bildirilir. Ümumilikdə 11% civarında olacaq. Bu faizdən aşağı və ya yuxarı olması Dövlət Statistika Komitəsinin son məlumatında dəqiqləşəcək. Ümumi 11% artım o deməkdir ki, 280 manat minimum pensiya alan şəxs bu aydan 31 manat artıq alacaq”.

Digər xəbərlər