05 Fevral 2024, 15:14
Tərəvəz və meyvələrin emal məhsullarının ixracı artıb
Tərəvəz və meyvələrin emal məhsullarının ixracı artıb şəkil
Tərəvəz və meyvələrin emal məhsullarının ixracı artıb

2023-cü il ərzində ölkədən 33,8 milyon ABŞ dolları dəyərində 26 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

"Operativ Media" “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına istinadən xəbər verir ki, 2022-ci ilin göstəricisi ilə müqayisədə ixracın dəyəri 36,9 faiz və ya 9,1 milyon dollar, həcmi isə 32,5 faiz və ya 6,39 min ton artıb.

Ötən ilin noyabr ayına nisbətdə isə dekabrda ixrac dəyəri 15,9 faiz artaraq 4,9 milyon dollar, həcmi isə 11,8 faiz artaraq 3,3 min ton təşkil edib.

İl ərzində bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,1 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,01 faizə bərabər olub.

Son xəbərlər
"Qalatasaray" gənc müdafiəçisi ilə yeni müqavilə imzaladı
"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq
Türkiyə Prezidenti Avropa Komissiyasının sədri ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan İtaliyanın Baş naziri ilə telefon danışığı aparıb
Elektron alış aktının tətbiqi ilə bağlı qaydalarda dəyişikliklər edilib
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
"Qarabağ" İsveçə yollandı - FOTOLAR
On bir ayda 7,254 ton tütün xammalı ixrac olunub