"Xalq Sığorta"nın feysbuk səhifəsi oğurlanıb.
"Operativ Media" xəbər verir ki, hazırda səhifədə şirkətin fəaliyyəti ilə əlaqəsi olmayan paylaşımlar edilir.
"Xalq Sığorta" şirkəti öz instaqram hesabı ilə müştərilərinə müraciət edib:
"Məlumat üçün bildiririk ki, "Xalq Sığorta" ASC-nin Facebook səhifəsinə haker hücumu nəticəsində səhifə oğurlanmışdır. Hazırda səhifədə olan paylaşımların "Xalq Sığorta" ASC ilə heç bir əlaqəsi yoxdur. Problemin tez bir zamanda aradan qaldırılması istiqamətində işlər aparılır".






