Menyu

Bakıda maşın oğurlayan qadın saxlanıldı

Operativ Media
Bakıda maşın oğurlayan qadın saxlanıldı

Bakıda avtomobil oğurlayan qadın tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə oktyabrın 4-də Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini İ.Hümbətova məxsus “Ford Transit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Məmməd Bəkirov Şirvan şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə isə Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər