
"Apple" şirkəti "iPhone 16 Pro Max" ilə rəqabətin qarşısını almaqdan ötrü "iPhone 16 Plus"ın batareya tutumunu azaltmaq barədə strateji qərar qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Insayder Majin Bu" məlumat yayıb.
Belə ki, "iPhone 16" 3561 mAh; "iPhone 16 Plus" 4006 mAh; "iPhone 16 Pro Max" isə 4676 mAh batareyaya sahib olacaq.
"iPhone 16 Plus"ın tutumunun əvvəlki modellərlə müqayisədə azalması və digər versiyaların artması isə sual doğurur. Belə bir addımın məqsədi daha bahalı modellərin üstünlüklərini vurğulamaq və bununla da istehlakçıları premium cihazları seçməyə təşviq etmək ola bilər. Bununla belə, "Apple"ın keyfiyyəti süni şəkildə azaltmaq qərarı, xüsusilə "iPhone 16" və "16 Plus"ın yeni dizayna sahib olacağını gözləyən istifadəçilərin "iPhone 16" seriyası ilə bağlı fikirlərinə təsir edə bilər.