Menyu

"Ford" elektrikli avtomobillərinin qiymətini azaltmağı düşünür

Nərmin Qocamanlı
"Ford" elektrikli avtomobillərinin qiymətini azaltmağı düşünür

"Ford" ucuz elektrik avtomobilləri üçün "Tesla" ilə rəqabət aparacaq platforma yaradacaq. Bu vasitə ilə həmçinin bir çox Çin istehsalı elektrik avtomobillərlə də rəqabət aparacağına ümid edir.

"Operativ Media"nın məlumatına görə, "Ford" şirkətinin baş direktoru Cim Farli bildirib ki, artıq iki ildir bu proyekt üzərində çalışırlar.

Onun vasitəsilə 2026-cı ildə yeni nəsil ekoloji təmiz avtomobillərin meydana çıxacağı gözlənilir. Yeni platformada çalışan komandanın əsas məqsədi isə qiymətləri endirməkdir.

Farlinin sözlərinə görə, elektrik avtomobil sahibləri nadir hallarda yanacaqla işləyən avtomobillərə qayıdırlar, lakin bir çoxları "yaşıl" avtomobillərin yüksək qiymətinə görə heç bu qrupa aid ola bilmirlər.

"Ford" şirkəti həm də mövcud elektrik modellərinin gəlirsizliyindən narahatdır. Belə ki, "Mustang Mach-E" krossoveri ən ucuz "Tesla"dan (Model 3), demək olar ki, 8 min dollar bahadır və qazanc gətirmir. Hətta 2023-cü ildə şirkət elektromobillərdən 4,7 milyard dollar itirib.

 

Teqlər:

"\"Ford\" elektrikli avtomobill\u0259rinin qiym\u0259tini azaltma\u011f\u0131 d\u00fc\u015f\u00fcn\u00fcr"

Əlaqəli Xəbərlər