08 Fevral 2024, 17:22
Sosial media hesablarını oğurlayanlara qarşı hansı hüquqi tədbirlər görülə bilər?
Sosial media hesablarını oğurlayanlara qarşı hansı hüquqi tədbirlər görülə bilər? şəkil
Sosial media hesablarını oğurlayanlara qarşı hansı hüquqi tədbirlər görülə bilər?

Son zamanlarda Azərbaycanda kibercinayətkarların sayı xeyli artıb. Buna misal olaraq yaxın vaxtlarda məşhurların və ya şirkətlərin sosial media hesablarının ələ keçirilməsini göstərə bilərik. Lakin bu halla qarşılaşan adi vətəndaşların da sayı az deyil.

Belə ki, çox vaxt onlara öz tanıdıqlarının profilindən gələn mesajda hesablarına giriş edə bilmələri üçün dostlarının yardımına ehtiyac olduğu qeyd olunur. Məhz bu kömək çağırışına laqeyd qalmayan şəxs cihazına göndərilən şifrəni deyərək və ya linkə daxil olaraq kibercinayətkarın növbəti qurbanına çevrilir. Burada digər əsas məqam isə kiberoğruların eyni ad ilə başqalarından pul istəmələridir. 

Məsələnin texniki tərəfləri ilə bağlı bir çox mütəxəssis məsləhət verib. Bəs bu problemi hüquqi cəhətdən necə həll etmək olar?

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev "Operativ Media"ya açıqlamasında bildirib ki, şəxslərin sosial media hesablarının, şəxsi informasiya məlumatlarının ələ keçirilməsi qanunvericilikdə məsuliyyət yaradır:

"Ümumiyyətlə, son zamanlar sosial media hesablarının oğurlanması, adlarının dəyişdirilməsi, onun başqa yerdə istifadə edilməsi hallarına çox rast gəlirik. Nəzərə almaq lazımdır ki, bəzi şəxslər bu platformalardan kiberbullinq məqsədilə də istifadə edirlər. Buna görə də məxfi parametrlərin düzgün tənzimlənməsi lazımdır. Bu kimi hallar olduqda isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müvafiq maddələrlə cinayət məsuliyyəti nəzərdə tutulub. Onlar kompüter sisteminə qanunsuz daxil olma, kompüter məlumatlarını qanunsuz ələ keçirmə, kompüter sisteminə və yaxud kompüter məlumatlarına qanunsuz müdaxilə, eyni zamanda kompüter məlumatlarının saxtalaşdırılması və s. bu kimi maddələrlə məsuliyyətə cəlb oluna bilərlər. Burada şəxsi işin detalı, forması, vurulan zərər adekvat olaraq hesablanmalıdır və buna uyğun olaraq şəxslərin məsuliyyət məsələsi həll edilməlidir".

Hüquqşünas qeyd edib ki, bununla bağlı narahatlığı olan şəxslər mütləq şəkildə aidiyyəti qaydada hüquq mühafizə orqanlarına müraciət eləyə bilərlər:

"Konkret olaraq isə Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi haqqında fərmanda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 271 və 273-cü maddələrində nəzərdə tutulmuş cinayət işləri üzrə bu işi başlamış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və yaxud daxili işlər orqanları istintaqı həyata keçirir. İstintaq prosessial rəhbərliyi isə prokurorluq orqanları tərəfindən həyata keçirilir".

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır