Menyu

Dövlət klinikasında xəstədən hansı halda pul tələb edilə bilər?

Nərmin Qocamanlı
Dövlət klinikasında xəstədən hansı halda pul tələb edilə bilər?

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında qeydiyyat, analiz və s. şöbələrində vətəndaşlardan pul tələb edilib.

Bu barədə "Operativ Media"ya klinikada bu halla üzləşən pasientlərdən biri məlumat verib.

Vətəndaş bildirib ki, klinikada həkim qəbulu ödənişsiz olsa da, hər hansısa prosedura yönləndiriləndə ondan ödəniş tələb ediblər:

"Hətta qeydiyyatı belə ödənişsiz etmirlər. Nə nağdsız ödəniş üsulu var, nə də qəbz. Dövlət xəstəxanasının ödənişsiz olduğunu bildirəndə belə sanki heç kim eşitmir. Deyirlər ki, bəzi xidmətlərdə güzəştlər olunsa da, bu hamısına aid deyil".

Bu barədə Tibb Universitetinin Onkoloji klinikasının baş həkimi Nigar Mehdiyeva bildirib ki, klinikada pasiyentdən ödəniş tələb olunması qeyri-qanunidir:

"Bu hal ilə yalnızca bəzi prosedurları klinikada həyata keçirmək mümkün olmadığı təqdirdə rastlaşmaq mümkündür. Bu zaman pasiyentə təklif edilir ki, həmin proseduru başqa bir özəl klinikaya göndərmək lazımdır və bunun üçün ödəniş edilməlidir. Digər bütün hallarda pasiyentdən ödəniş tələb olunarsa, o, klinikanın qaynar xəttinə və ya rəhbərliyinə müraciət edərək şikayət edə bilər".

Teqlər:

"D\u00f6vl\u0259t klinikas\u0131nda x\u0259st\u0259d\u0259n hans\u0131 halda pul t\u0259l\u0259b edil\u0259 bil\u0259r?"

Əlaqəli Xəbərlər