http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İşlənmiş ehtiyat hissələri niyə bahadır?

09 Fevral 2024 , 17:14
İşlənmiş ehtiyat hissələri niyə bahadır?

“Gürcüstanda 10 manata satılan ehtiyat hissəsi Azərbaycanda 40 manata satılır. İşlənmiş ehtiyat hissələri od qiymətinədir”.

Bunu “Operativ Media”ya açıqlamasında avtomobil ustası Dəniz Ağabəyli deyib.

Ustanın sözlərinə görə, Almaniya istehsalı olan avtomobillərin detallarında qiymət fərqi aydın şəkildə hiss edilir. Koreya istehsalı olan dizel mühərrikli avtomobillərin ehtiyat hissələri də heç də ucuz deyil.

“Əvvəllər avtomobillərin təmiri üçün daha çox Gücüstana üz tutardular. Ancaq hazırda bu mümkün olmadığından ehtiyyat hissələrini də buradan almalı olurlar. Ölkəmizə ehtiyat hissələri daha çox Gürcüstan və digər qonşu dövlətlərdən gətirilir. Bu detallar da əsasən mühərrik və ötürücülər qutusuna aid olur. Bu gün mühərriki 1200, 1300 manata alırıqsa, orada bu mühərrik 600, 700 manatadır. Azərbaycanda daşınma xərcini hesablayarıqsa, gedib oradan gətirməyimiz bizə sərf etmir. Bəzi halda da aldadırlar. Məsələn deyirlər ki, kart ataq pulu göndərin biz də sizə ehtiyyat hissəsi göndərək. Pul atırsan, baxırsan gələn ehtiyyat hissəsi xarabdır. Sonradan adamı da tapmaq olmur. İtirən yenə sürücü olur”.

Dəniz Ağabəyli deyir ki, işlənmiş ehtiyat hissələri yenilərə nisbətən keyfiyyətlidir deyə tələbat hər zaman var:

“1990-cı illərdə istehsal olunmuş Almaniya istehsalı avtomobillərin bir çox yeni detalları yoxdur. Sürücü məcburən işlənmiş alır. Yenisini aldıqda isə bir çox hallarda keyfiyyəti özünü doğrultmur. Ona görə də , ustalar da işlənmiş ehtiyat hissələrinə üstünlük verir. Burada sadəcə yerli insanları nəzərə alıb rüsumları azaltmaq lazımdır. İşlənmiş ehtiyat hissələri satanlar deyək ki, Almaniyada 4 avtomobil üçün heç 10 min avro pul ödəmir. Amma, burada o avtomobillərin detallarını bir-bir satırlar. Gəlir çox görünə bilər, amma, daşıma qiymətləri və gömrük rüsumları da az deyil. Ona görə də qiymət yenə baha olur. Gürcü isə ucuz gətirir, az rüsum ödəyir, ucuz da satır”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu