09 Fevral 2024, 17:45
Payız semestrində təhsil tələbə krediti almaq üçün 10 min 867 tələbə müraciət edib
Payız semestrində təhsil tələbə krediti almaq üçün 10 min 867 tələbə müraciət edib şəkil
Payız semestrində təhsil tələbə krediti almaq üçün 10 min 867 tələbə müraciət edib

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan bildirilib.

Məlumata görə, payız sessiyası ərzində 10 min 867 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 134 nəfərin müraciəti natamam olub, 66 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1906 nəfərin müraciətinə imtina cavabı verilib, 26 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 8 min 735 nəfərə TTK verilib. Onların arasından 2 min 953 nəfərin müraciəti sosial TTK, 5 min 782 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Son xəbərlər
İsrailin İrana hücumu nəticəsində neft qiymətləri 7 faizdən çox artıb
Azərbaycan XİN: İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir