Menyu

2024-cü ilin ən yaxşı "iPhone" modelləri hansılardır?

Nərmin Qocamanlı
2024-cü ilin ən yaxşı "iPhone" modelləri hansılardır?

2024-cü ildə "Apple" smartfon bazarına hər birinin özünəməxsus xüsusiyyətləri və üstünlükləri olan geniş çeşidli modellər yer alacaq.

"Operativ Media" xəbər verir ki, TechRadar 2024-cü ilin əvvəlində diqqətə layiq olan altı ən yaxşı "iPhone" modellərinin seçimini tərtib edib.

İlk olaraq "iPhone 15 Pro Max" güclü və zəngin xüsusiyyətlərə malik "iPhone" axtaranlar üçün ən yaxşı seçim olub. Cihaz yeni A17 Pro çipseti, 5x telefoto obyektivli təkmilləşdirilmiş kamera, titan dizaynı və USB-C bağlantısı ilə bu smartfon "Apple"ın zirvəsi hesab olunub. Daha sonra "iPhone 15 Pro" yığcam ölçüsü, yüksək performanslı A17 Pro çipset, əla kameraları və gözəl titan dizaynı sayəsində əksər istifadəçilər üçün ideal seçimdir. "iPhone 15" isə Apple smartfonları arasında pulunun qarşılığını verən cihaz kimi seçilib. "iPhone 13" hələ də endirimli qiymətə əla performans və keyfiyyətli kameralar təklif edən ən yaxşı büdcə variantıdır. "iPhone 15 Plus" isə ən uzun batareya ömrünə malik telefon axtaranlar üçün ən yaxşısı hesab olunur. "iPhone SE" (2022) yığcam və klassik dizaynda güclü funksiyalar və 5G dəstəyi təklif edən ən yaxşı kiçik "Apple" məhsuludur.

Teqlər:

"2024-c\u00fc ilin \u0259n yax\u015f\u0131 \"iPhone\" modell\u0259ri hans\u0131lard\u0131r?"

Əlaqəli Xəbərlər