http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İnklüziv cəmiyyət naminə yeni layihələrə başlanılır

10 Fevral 2024 , 15:05
İnklüziv cəmiyyət naminə yeni layihələrə başlanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin hüquqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası, işarət dilindən istifadənin tanınması və həvəsləndirilməsi məqsədilə gələn həftədən etibarən “Surdo-İnfo” və “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” adlı layihələrə start verir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, hər həftənin cümə axşamı nazirliyin rəsmi sosial şəbəkə hesablarında yayılması nəzərdə tutulan “Surdo-İnfo” informasiya sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilmək məqsədi daşıyır. Eşitmə və nitq məhdudiyyəti olan şəxslər artıq nazirliyin fəaliyyət istiqamətləri üzrə məlumatları surdotərcüməçi vasitəsilə əldə edə biləcəklər.

“İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” adlı digər layihə isə hər həftənin çərşənbə axşamı sosial şəbəkə izləyiciləri üçün yeni dil – işarət dilinin onlayn tədrisinə başlayacaq. 

Qeyd edək ki, işarət dili eşitmə və danışma məhdudiyyəti olan insanlarla ünsiyyət qurmaq üçün istifadə olunur. Həmin rubrika vasitəsilə hər kəs işarət dilini sıfırdan öyrənmə imkanı qazanacaq.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu