Menyu

Makron təhlükəsizlik səbəbi ilə Ukraynaya səfərini təxirə salıb

Makron təhlükəsizlik səbəbi ilə Ukraynaya səfərini təxirə salıb

Fransa prezidenti Emmanuel Makron fevralın 13-14-də Ukraynaya planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib.

“Operativ Media” xəbər verir ki, bu barədə “Challenges” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Yelisey sarayı bu qərarı təhlükəsizlik problemləri ilə izah edib.

“Challenges”ə görə, Kiyevə getməzdən əvvəl Makron Odessaya getməli idi.

Eyni zamanda, Fransanın “Medef International” işgüzar təşkilatının Fransa-Ukrayna Sahibkarlar Şurasının Makronu müşayiət etməli olan nümayəndə heyətinin Ukraynaya səfəri də ləğv edilib.

Makronun Ukraynaya səfərinin yeni tarixi açıqlanmayıb.

Teqlər:

"Makron t\u0259hl\u00fck\u0259sizlik s\u0259b\u0259bi il\u0259 Ukraynaya s\u0259f\u0259rini t\u0259xir\u0259 sal\u0131b"

Əlaqəli Xəbərlər