http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sabirabad sakini narkotik dövriyyəsi və quldurluğa görə tutulub

12 Fevral 2024 , 08:35
Sabirabad sakini narkotik dövriyyəsi və quldurluğa görə tutulub

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər quldurluq və narkotiklərə görə məhkum olunmuş Səid Zeynalov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı çəkisi 400 qramdan artıq olan marixuana, eləcə də bir ədəd "Naqan" markalı tapança aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı rayonun Əsgərbəyli kənd sakini İlyar Kərimov da saxlanılıb. Onun yaşadığı ünvandan isə 30 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb. 
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasına istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 nəfər saxlanılıb ki, onlardan 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
DSMF: Himalay Məmişovun İseveçrədə guya infarkt keçirməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

DSMF: Himalay Məmişovun İseveçrədə guya infarkt keçirməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    22:08

    Fransız fermerlər yenidən etirazlara başlayırlar
  • Dünən
    21:12

    Gürcüstan Bakı və İrəvana danışıqlar üçün platforma təklif edir
  • Dünən
    21:11

    "Qarabağ" böyükhesablı qələbə qazandı
  • Dünən
    20:56

    Antalya Diplomatiya Forumu başa çatıb
  • Dünən
    20:18

    Ombudsman: Mina xəritələrinin Bakıya verilməsi üçün beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir
    Ombudsman: Mina xəritələrinin Bakıya verilməsi üçün beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir
  • Dünən
    19:35

    Rusiya gələn aydan etibarən neft ixracını azaldır
    Rusiya gələn aydan etibarən neft ixracını azaldır
  • Dünən
    19:22

    Malatyada 4.4 maqnitudalı zəlzələ olub
  • Dünən
    18:28

    Qazaxıstanın Baş naziri sabah Rusiyaya gedəcək
Menyu