http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"Biznes qurumları bayramlardan istehlakçını aldatmaq üçün istifadə edirlər" - Ekspert

12 Fevral 2024 , 11:15
"Biznes qurumları bayramlardan istehlakçını aldatmaq üçün istifadə edirlər" - Ekspert

Özəl günləri özəl şəkildə qeyd etmək lazımdır. Həmin əlamətdar günləri isə restoran və hotel şəbəkələri əla fürsətə çevirirlər. Məsələn, 2 gün sonra ölkəmizdə də "Sevgililər günü" qeyd olunacaq. Məhz bu səbəbdən həmin gün restoranlardakı qiymətlər hər zamankından 2 qat baha təklif olunur. Hətta bir çox müştəri indidən yer tapmaqda çətinlik çəkir. Bəs əlamətdar günlərdə restoranlarda süni qiymət artımının olması nə qədər doğrudur?

Mövzu ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Operativ Media"ya bildirib ki, bu, istehlakçı hüquqlarının pozulmasıdır:

"Belə məsələlərin kökünü qanunlarda axtarmaq lazımdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub, daha sonra 7 dəfə dəyişiklik aparılıb, hamısı da istehlakın zərərinə olub. Bundan əlavə hökümət biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradıb. Belə bir şəraitdə onlar vəziyyətdən sui-istifadə edir və qiyməti istədiyi kimi qaldırıb istehlakçı hüquqlarını pozurlar. Təəssüflər olsun ki, dövlət qurumları biznes qurumlarına müdaxilə edə bilmir. Şikayətlər hamısı yerdə qalır. qiymət qalxır, keyfiyyət aşağı düşür. Hökumət işi elə bir şəkildə aparmalıdır ki, bu sahədə inhisarçılıq olmasın, çoxlu biznes qurumlara bazara girsin ki, bəlkə bu vasitə ilə qiymətlər ucuzlaşar. Ancaq buna diqqət yetirən yoxdur, ona görə də bu vəziyyətdən sui-istifadə edilir və istənilən bayramda qiymət qalxır, sonradan da aşağı düşmür. Bu tendensiya daim davam edir və heç kəs bu məsələlərə müdaxilə etmir".

Ekspert restoranlarla bağlı digər nüanslara da toxunub:

"Artıq səkkiz ildən çoxdur ki, Azərbaycanda, xüsusən Bulvarda bir çayı 50 manata vermək, mürəbbə istəməyəndə çay verməmək, üzü dənizə tərəf oturmağın ödənişli olması, "Face Control" və s. kimi əcaib hallar var. Düşünürəm ki, bunlarla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır və burada servis haqqı və digər məsələlər də öz əksini tapmalıdır. Biznes qurumları bayramlardan istehlakçını aldatmaq üçün istifadə edirlər. Hesab edirəm ki, bu əksinə olmalıdır. Bayramlarda qiymətlər aşağı düşməlidir ki, insanlar, doğrudan da, həmin özəl günün ab-havasını hiss edə bilsinlər".

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu