http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İpoteka kreditləşməsi üçün limitlər ayrılıb, haradan ucuz mənzil almaq olar?

12 Fevral 2024 , 11:53
İpoteka kreditləşməsi üçün limitlər ayrılıb, haradan ucuz mənzil almaq olar?

2024-cü il üçün ipoteka kreditləşməsi limiti artıq ayrılıb. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı məlumat verilməsə də, yaxın zamanlarda bu növ kreditlər üçün də limitin ayrılacağı gözlənilir.

“Operativ Media”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, ipoteka kreditlərinin ayrılması aylardır durğunluq olan mənzil bazarını canlandıracaq. Vətəndaşlar ayrılan müvafiq məbləğə uyğun paytaxtın mərkəzdən kənar rayonlarından nisbətən ucuz mənzil tapa bilərlər.

“Qiymət baxımından mərkəzdə və metrostansiyaların yaxınlığında olan yeni tikilən binalar bəzi vətəndaşlar üçün əlçatan deyil. Bu evlərin real bazar qiyməti onsuz da bahadır. Biz ayrılan ipotekalara uyğun evlərin dəyərləndirilməsini həyata keçiririk. Əksər hallarda görürük ki, ipoteka götürənlər Neftçilər və Həzi Aslanov istiqaməti, eyni zamanda Xırdalan və Masazıra üz tutur. Çünki fondun ayırdığı pula uyğun bu ərazilərdir. Paytaxtın mərkəz hissələrinə nisbətən köhnə binalardan əlverişli qiymətə mənzil almaq olar”.

Ekspertin sözlərinə görə, köhnə tikili binalardan mənzil alanlar daha böyük mənzil sahəsi əldə edə bilərlər. 1971-ci ildən sonra tikilən bütün çıxarışı olan mənzilləri ipoteka ilə əldə etmək mümkündür. Ona görə də, tövsiyə olunur ki, köhnə tikili binalarda şanslarını yoxlasınlar.

“Mənzil axtaranlar düşünməsinlər ki, köhnə tikili binadır, satışı çətin olacaq. Əksinə hər il bu binalar dəyər qazanır. Hazırda 1 otaqlı Leninqrad layihəli evlər 80 min manatdan başlayır. 2 otaqlı evlər isə 90-110 min manatdan başlayır. 3 otaqlı evlərin qiyməti 120 min manatdan ucuz deyil. Yeni tikili binalarda isə bu rəqəmlər daha yüksəkdir. 1 otaqlı 120 min manat, 2 otaqlı 140 min manat, 3 otaqlılar isə 160 min manatdan ucuz deyil. Ona görə də sərfəli variant hələki köhnə tikililərdir. İpoteka kredtinə müraciətlərin başlaması mənzil bazarında canlanmaya səbəb olacaq. Qiymətlrəin bu il də aratacağı istisna edilmir. Azı 10% bahalaşma gözlənir. Həyət evlərinin əksəriyyəti isə yenə də ipoteka kreditlərindən kənarda qalır”.

Qeyd edək ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.
İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu