12 Fevral 2024, 12:58
"Lenovo" şəffaf ekranlı noutbuk təqdim edəcək
"Lenovo" şəffaf ekranlı noutbuk təqdim edəcək şəkil
"Lenovo" şəffaf ekranlı noutbuk təqdim edəcək

Çinin "Lenovo" şirkəti bazarda ilk şəffaf ekranlı noutbuku təqdim edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə “Windows Report” məlumat yayıb.

Belə ki, şirkət tam şəffaf OLED displeyli noutbuk təqdim etməyi planlayır. İşıq cihazın ön hissəsindən parlayacaq və kompüteri söndürəndə klaviatura yeni ekranda aydın görünəcək.

Cihazın şəffaf matrisə malik olmasının səbəbi böyük ehtimal şirkətin imic məqsədləri güdməsi ilə bağlıdır. "Lenovo" noutbukun məqsədini fevralın 26-29-da Barselonada keçiriləcək "Mobile World Congress 2024" (MWC) sərgisində açıqlayacaq.

Bildirilib ki, yeni kompüter düz çərçivəli metal korpusa, böyük sensor panelə və qara ekran dəstəyinə malikdir.

Son xəbərlər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?
Məleykə Abbaszadə: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq
DİM sədri: Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir