Bəzi tikinti materiallarının qiyməti yenə bahalaşıb

Redaksiya
Bəzi tikinti materiallarının qiyməti yenə bahalaşıb

Yazın gəlişi ilə tikinti sektorunun da canlanması başlayır. İnsanlar tikinti işlərinə xüsusilə yaz aylarında başlamağa üstünlük verirlər.

Bəs tikinti materialları bazarında qiymətlər necədir?

“Operativ Media”ya açıqlama verən tikinti məsələləri üzrə ekspert Tural Kərimli deyir ki, qiymətlər xüsusilə Rusiyadan gətirilən tikinti materiallarında bahalaşıb.

“Son bir neçə ayda kərpic və taxtanın qiymətində artım var. Kərpic əvvəl 1 manat 20 qəpik idi, indi olub 1 manat 40 qəpik. Ən çox satılan kərpic Rusiya istehsalı olan kərpiclərdir. Qiyməti 2 manat 30 qəpik idi, indi isə 2 manat 60 qəpiyə satılır. Qumun bir kisəsi 50 qəpik idi, indi 60 qəpiyə satılır. Taxtalarda da artım var. Pol üçün istifadə olunan taxta 13 manatdan başlayırdı, indi isə qiymətlər 14-19 manat arası dəyişir”.

Tural Kərimli deyir ki, bəzi tikinti materiallarının qiyməti nisbətən ucuzlaşıb. Qiyməti ən çox enən isə dam örtükləridir.

“Tikintidə ən çox istifadə olunan materiallardan biri də armaturdur. 3-4 ay olar qiyməti bahalaşıb. İndi 1100-1150 manata satılır. Əvvəlki, qiyməti 1000 manat idi.

Alçipan üçün profillərin qiyməti əvvəllər 1 manat 40 qəpik idi, indi 1 manat 20 qəpikdir. Yaxın günlərdə bir az da bahalaşma olacağı gözlənilir. Artım ən çox Rusiyadan gələn materiallarda özünü göstərir. Həmin ölkənin sahibkarları başqa bazarlarda itirdikləri gəliri Azərbaycana göndərilən məhsulların qiymətini artırmaqla konpensasiya edirlər. Tikinti materiallarının bahalaşması  daşıma və əlavə xərclərlə əlaqədardır”.

Digər xəbərlər