Menyu

"Ermənistan və havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər" - HƏRBİ EKSPERT

Nərmin Qocamanlı
"Ermənistan və havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər" - HƏRBİ EKSPERT

"Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qətiyyətli qisas əməliyyatı ilə cavab verdi. Ermənistan siyasi hərbi rəhbərliyi tam əmin olmalıdır ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Bunu Ali Baş Komandan dəfələrlə bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq".

Bunu hərbi ekspert Ədalət Verdiyev "Operativ Media"ya açıqlamasında bildirib.

O deyib ki, Ermənistan Avropa İttifaqı (Aİ) missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq:

"Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi darmadağın ediləcək, zərurət yaranarsa, həmin mövqelərdə Azərbaycan əsgəri və dövlət bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb. Baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının tərkibində fəaliyyət göstərən missiyasının üzərinə düşür. Aİ missiyası bu təxribatlara reaksiya vermək, təxribatı qınamaq əvəzinə, ərazini tərk etməklə işini bitmiş hesab edir".

"Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər. Buna görə də Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistan daha ağrı-acılı nəticələr əldə edəcək", - ekspert qeyd edib.

Teqlər:

"\"Erm\u0259nistan v\u0259 havadarlar\u0131 \u00f6z \u00e7irkin niyy\u0259tl\u0259rini ger\u00e7\u0259kl\u0259\u015fdir\u0259 bilm\u0259y\u0259c\u0259kl\u0259r\" - H\u018fRB\u0130 EKSPERT"

Əlaqəli Xəbərlər