Mədəniyyət nazirinin Salyandakı vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Nərmin Qocamanlı
Mədəniyyət nazirinin Salyandakı vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Mədəniyyət naziri Adil Kərimlinin fevralın 23-də Salyan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, qəbul fevralın 17-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) keçiriləcək. Qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonlarından və Şirvan şəhərinin sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, vətəndaşların müraciət tarixinin müddəti başa çatıb.

Digər xəbərlər