Dövlət Komissiyası: Birinci Qarabağ müharibəsində itkin düşmüş 33 nəfərin öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb

Nərmin Qocamanlı
Dövlət Komissiyası: Birinci Qarabağ müharibəsində itkin düşmüş 33 nəfərin öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb

"Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat etmişdir"

Bu barədə "Operativ Media"ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasındakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmamış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmamışdır.

Digər xəbərlər