15 Fevral 2024, 10:32
NİİM: Paytaxt yollarında sıxlığı azaltmaq üçün tədbirlər davam etdirilir
NİİM: Paytaxt yollarında sıxlığı azaltmaq üçün tədbirlər davam etdirilir şəkil
NİİM: Paytaxt yollarında sıxlığı azaltmaq üçün tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında sıxlığı azaltmaq üçün tədbirləri davam etdirir.

Bu barədə "Operativ Media" ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bu məqsədlə Mərkəzin əməkdaşları Binəqədi rayonu, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində təhlillər aparıblar. Avtomobillərin intensiv hərəkət etdiyi bu yolda axşam saatlarında yaranan sıxlığın qarşısını almaq üçün kəsişmədə olan svetoforun vaxt planına dəyişiklik edilərək, Mehdiabad yolundan hərəkət edən nəqliyyatın faza vaxtı 7 saniyə artırılıb. Nəticədə axşam saatlarında Mehdiabad yolundan kəsişmə istiqamətinə hərəkət edən nəqliyyat axınının sıxlığı aradan qaldırılıb.

Son xəbərlər
Münaqişə Trampın prezidentlik müddəti bitənə qədər başa çatmalıdır
Bakıda binada partlayış baş verib - YENİLƏNİB
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb