16 Fevral 2024, 17:11
“İnsan kapitalı və təhsil üzrə” İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib
“İnsan kapitalı və təhsil üzrə” İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib şəkil
“İnsan kapitalı və təhsil üzrə” İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq məqsədinə daxil olan hədəflər çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupun Elm və Təhsil Nazirliyində növbəti iclası keçirilib.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə hesabat barədə ümumi məlumat verib.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri, İşçi qrupun rəhbərinin müavini Günay Quliyeva XXI əsrin tələblərinə uyğun təhsil məqsədi üzrə hesabatı təqdim edərək, hədəf indikatorları üzrə görülmüş işlər, çətinliklər və tövsiyələr, eyni zamanda, planlar barədə ətraflı məlumat verib. 

Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnsan kapitalı və təhsil” İşçi qrupu Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılıb.

Son xəbərlər
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi