16 Fevral 2024, 17:40
Bahar Muradova Horadizdə vətəndaşların müraciətlərini dinləyib
Bahar Muradova Horadizdə vətəndaşların müraciətlərini dinləyib şəkil
Bahar Muradova Horadizdə vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fevralın 16-da Horadiz şəhərində vətəndaşların müraciətlərini dinləyib. 

Komitədən "Operativ Media"ya bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb. 

Horadiz şəhərindəki Muğam Mərkəzində keçirilən görüşdə Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan sakinlər iştirak ediblər.

Görüş zamanı ünvanlı sosial yardımın bərpa olunması, əlillik dərəcəsinin müəyyən edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların ərizələrinə baxılıb.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq, aidiyyəti şöbələrin icraatına yönləndirilib.

Son xəbərlər
Putin: Kiyevə beynəlxalq yardım dayandırılmalıdır
Ukrayna və Rusiya arasında 175 əsir dəyişdiriləcək
Ağ Ev Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB 4
Leyla Əliyeva Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub
İlham Əliyev: "Bakıya tanklarla gəlib çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir