Masallı sakini ehtiyatsızlıqdan ov tüfəngi ilə özünə atəş açıb

admin
Masallı sakini ehtiyatsızlıqdan ov tüfəngi ilə özünə atəş açıb

Dekabrın 9-da Saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə hadisə Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir. 

Hadisə yerinə polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu cəlb edilib. Araşdırma aparılır.

Digər xəbərlər