Menyu

NYT: Blinken Çin və Hindistanı Rusiyanın kosmosa silah yerləşdirməsini dayandırmağa çağırıb

NYT: Blinken Çin və Hindistanı Rusiyanın kosmosa silah yerləşdirməsini dayandırmağa çağırıb

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi imkanlarını Çin və Hindistanın xarici işlər nazirləri Vanq Yi və Subrahmanyam Caişankarla müzakirə edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə New York Times (NYT) qəzeti yazır.

Nəşrin məlumatına görə, Blinken Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edib ki, Çin və Hindistan liderləri Si Tsinpin və Narendra Modi Rusiyanı "fəlakətə çevrilə biləcək" addımdan geri çəkməlidirlər.

ABŞ dövlət katibi iki ölkənin xarici işlər nazirləri ilə görüşdə kosmosda baş verən istənilən nüvə partlayışının təkcə Amerikanın deyil, həm də Çin və Hindistanın peyklərini məhv edəcəyini vurğulayıb.

Fevralın 17-də Amerika mediası yazıb ki, Qərb ölkələri Rusiyanı çoxlu sayda kommersiya və hökumət peyklərini sıradan çıxara biləcək nüvə kosmik silahları hazırlamaqda şübhəli bilirlər.

Mütəxəssislər belə bir silahın Starlink kimi kiçik peyklərin böyük qruplarını məhv edə biləcəyini bəyan ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər