Natanyahu: İsrail Rəfahdakı quru əməliyyatlarından əl çəkməyəcək
İsrail HƏMAS hərəkatının qüvvələrini məhv etmək üçün Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumdan əl çəkməyəcək.
"Operativ Media" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
"Kim Rəfahdakı əməliyyatımıza mane olmaq istəyirsə, onda bizə təxminən belə deyir: "Müharibəni uduz!" Döyüş bölgələrindəki mülki şəxslərə təhlükəsiz yerlərə köçmək imkanı verəndən sonra hücum başlayacaq", - deyə o bildirib.
Bundan əlavə, Netanyahu Misir və Qətərin vasitəçiliyi ilə silahlılarla təşkil olunan danışıqlarda irəliləyişin olmamasına diqqət çəkib. O qeyd edib ki, İsrail tərəfi "HƏMAS-ın aldadıcı tələblərindən başqa heç nə almadı".
Teqlər:
"Natanyahu: \u0130srail R\u0259fahdak\u0131 quru \u0259m\u0259liyyatlar\u0131ndan \u0259l \u00e7\u0259km\u0259y\u0259c\u0259k"