Menyu

Fransa Ukrayna üçün 9 minə qədər hərbçi hazırlayacaq

Fransa Ukrayna üçün 9 minə qədər hərbçi hazırlayacaq

Fransalı təlimatçılar Ukrayna Silahlı Qüvvələrinin münaqişə zamanı verdiyi ağır itkilər fonunda 2024-cü ildə 9 minə qədər ukraynalı hərbçiyə təlim keçəcək. 

"Operativ Media" xəbər verir ki, bunu "Le Journal du Dimanche" qəzetinə müsahibəsində Fransa Silahlı Qüvvələrinin rəhbəri Sebastyen Lekornu deyib.

"Fransa Ukrayna əsgərlərinin hazırlanması baxımından Avropa liderlərindən biridir: biz artıq 10 min hərbçi hazırlamışıq və 2024-cü ildə əlavə olaraq 7-9 min nəfərə təlim keçmək niyyətindəyik", - o əlavə edib. 

Lekornu qeyd edib ki, bu öhdəliklər Fransa və Ukrayna prezidentlərinin cümə günü Yelisey sarayında keçirilən görüşdə imzaladığı təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişdə öz əksini tapıb. Bu saziş Parisin Kiyevə 3 milyard avro məbləğində əlavə hərbi yardım göstərməsini, hərbi texnikanın tədarükünün artırılmasını və kəşfiyyat və rəqəmsal təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Sənəd imzalandıqdan dərhal sonra qüvvəyə minib və 10 il müddətində qüvvədədir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər