Menyu

Danimarka bütün artilleriyasını Ukraynaya bağışlayacaq

Əziz Əzizli
Danimarka bütün artilleriyasını Ukraynaya bağışlayacaq

Danimarkanın baş naziri Mette Frederiksen bütün artilleriya silahlarını Rusiya ilə müharibədə ehtiyac duyduqlarını əsas gətirərək Ukraynaya bağışlamağa qərar verdiklərini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Frederiksen Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransı (MSC 2024) çərçivəsində keçirilən 7-ci Ukrayna Naharında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Ukraynanın hərbi sursat istədiyinə diqqət çəkən Frederiksen, "Danimarka tərəfi olaraq bütün artilleriya silahlarımızı Ukraynaya bağışlamağa qərar verdik" deyə bildirib.

Məsələnin istehsal olmadığını və silahlara sahib olduqlarını ifadə edən Frederiksen, "Bizim indi istifadə etməmiz lazım olmayan, Ukraynaya verməmiz lazım olan hava hücumundan müdafiə sistemimiz var" deyib.

Avropada hələ də hərbi sursatların olduğunu qeyd edən Frederiksen, Ukraynaya yardımın “sürətləndirməli və artmalı olduğunu” vurğulayıb.

Teqlər:

"Danimarka b\u00fct\u00fcn artilleriyas\u0131n\u0131 Ukraynaya ba\u011f\u0131\u015flayacaq"

Əlaqəli Xəbərlər