Qazaxıstanda terrorla məşğul olan 8 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib
Nərmin Qocamanlı
Qazaxıstanda terror və adam oğurluğu ilə məşğul olan 8 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, “ağır və xüsusilə ağır cinayətlər, o cümlədən terrorizmin təbliği, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, habelə narkotik vasitələrin və odlu silahların qanunsuz dövriyyəsi” törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Xüsusi əməliyyatda 250 təhlükəsizlik əməkdaşının iştirak etdiyi bildirilir.