Menyu

“Bank of Georgia” Ermənistanın aparıcı bankının səhmlərinin 100%-ni alacaq

Nərmin Qocamanlı
“Bank of Georgia” Ermənistanın aparıcı bankının səhmlərinin 100%-ni alacaq

Gürcüstanın ən böyük banklarından biri olan “Bank of Georgia” Ermənistanın “Ameriabank”ın səhmlərinin 100%-ni almaq üçün ilkin razılığın əldə edildiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Məlumata görə, sövdələşmənin dəyəri 303,6 milyon dollardır.O bağlandıqdan sonra “Bank of Georgia” Ermənistanın aparıcı bankının adını dəyişməyi planlaşdırır. Bunun martın ortalarında baş verəcəyi gözlənilir.

Gürcüstan Bankı bildirib ki, hazırda "Ameriabank"ın 392 min müştərisi var ki, bu da ölkə əhalisinin 15%-ni təşkil edir.

Teqlər:

"\u201cBank of Georgia\u201d Erm\u0259nistan\u0131n apar\u0131c\u0131 bank\u0131n\u0131n s\u0259hml\u0259rinin 100%-ni alacaq"

Əlaqəli Xəbərlər