Etiraz edən italiyalı fermerlər Papa Fransiskin Vatikanın Müqəddəs Pyotr meydanındakı xütbəsinə inək gətiriblər.
"Operativ Media" xəbər verir ki, bu barədə "LaPresse" məlumat yayıb.
"LaPresse" tərəfindən yayılan Müqəddəs Pyotr Meydanından bir videoda inək mömin izdihamı arasında dayanır və sonra sağılır. Daha sonra onun südü ətrafdakı insanlara paylanır.