Avropa Komissiyası TikTok-a qarşı araşdırmaya başlayıb - KİV
Nərmin Qocamanlı
Avropa Komissiyası "TikTok" sosial şəbəkəsi ilə bağlı fevralın 17-də qüvvəyə minən Rəqəmsal Xidmətlər Qanununun (DSA) pozulması ilə bağlı araşdırmaya başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, xüsusilə, tənzimləyici platformanın kiçik istifadəçiləri zərərli məzmundan qorumaq üçün kifayət qədər iş görüb-görmədiyini yoxlayacaq.
“Yetkinlik yaşına çatmayanların müdafiəsi DSA-nın əsas prioritetidir. Milyonlarla uşaq və yeniyetməni əhatə edən bir platforma olaraq, "TikTok" DSA-ya tam riayət etməli və internetdə yetkinlik yaşına çatmayanların qorunmasında xüsusi rol oynamalıdır”, - məlumatda deyilir.