Menyu

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

"Vaşinqton Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir". 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

"Biz artıq sanksiyalar tətbiq etmişik, lakin bəli, biz əlavə sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçiririk", - deyə Bayden müvafiq suala cavab verib. 

O, həmçinin Navalnının ölümünün Konqresin Nümayəndələr Palatasında Ukraynaya dəstək üçün əlavə maliyyə ayrılmasına dair qanun layihəsinin təsdiqlənməsi perspektivlərinə təsir edib-etməyəcəyi ilə bağlı sualı da cavablayıb: "Ümid edirəm, amma əmin deyiləm". 

Teqlər:

"AB\u015e Rusiyaya qar\u015f\u0131 yeni sanksiyalar t\u0259tbiq ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər