Yunanıstanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisi açılacaq
Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Filippo Qrandi arasında imzalanan razılaşmaya əsasən, Yunanıstanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisi açılacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Gerapetritis Qrandi ilə görüşündən sonra bildirib ki, Yunanıstan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hazırda hər kəsin yaşadığı son dərəcə çətin vaxtlarda fəaliyyətini tam dəstəkləyir və təşviq edir: "Biz inanırıq ki, kövrək şəraitdə yaşayan insanların hüquqlarının müdafiəsi üçün humanitar yardım göstərmək məqsədilə Birləşmiş Millətlər Təşkilatını daha da gücləndirməliyik. Təəssüf ki, regionumuz dəhşətli müharibələrdən əziyyət çəkir".
"Efimerida ton Syntakton" qəzeti qeyd edib ki, imzalanmış saziş BMT sözügedən qurumunun Yunanıstandakı ofisinin iş saatlarını tənzimləyərək onun hüquqi statusunu aydınlaşdıracaq.
Teqlər:
"Yunan\u0131standa BMT-nin Qa\u00e7q\u0131nlar \u00fczr\u0259 Ali Komissarl\u0131\u011f\u0131n\u0131n ofisi a\u00e7\u0131lacaq"