Menyu

İsrail Beynəlxalq Ədalət Məhkəməsindəki dinləmələrin legitimliyini tanımır

İsrail Beynəlxalq Ədalət Məhkəməsindəki dinləmələrin legitimliyini tanımır

İsrail Haaqa Beynəlxalq Ədalət Məhkəməsində İsrailin Fələstin ərazilərindəki hərəkətlərinin hüquqi nəticələrinə dair keçirilən dinləmələrin legitimliyini tanımır. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

"İsrail Haaqa Beynəlxalq Ədalət Məhkəməsində "işğalın qanuniliyi" məsələsi ilə bağlı dinləmələrin legitimliyini tanımır. Bu, İsrailin özünümüdafiə hüququna zərbə vurmaq üçün hazırlanmış bir addımdır. Haaqa fələstinlilərin danışıqlar olmadan siyasi həllin nəticəsini diktə etmək cəhdlərinin bir hissəsidir", - mesajda deyilir. 

"Biz bu cəhdlərlə mübarizəni davam etdirəcəyik. Hökumət və Knesset (İsrail parlamenti) bu çirkin tendensiyanı inkar etməkdə yekdildir", - baş nazirin ofisi əlavə edib.

İsrail Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsini "bu media sirkində" iştirak etməkdən çəkinməyə və münaqişənin tərəflər arasında birbaşa danışıqlar yolu ilə həlli üçün fələstinlilərin mövcud hüquqi çərçivəyə qayıtmalı olduğunu müəyyən etməyə çağırıb: "Yalan ittihamlar irəli sürməklə və kökündən təhrif olunmuş reallıq yaratmaqla Fələstin Milli Hakimiyyəti birbaşa danışıqlar yolu ilə və kənar diktələr olmadan həll edilməli olan münaqişəni birtərəfli və qüsurlu hüquqi prosesə çevirməyə çalışır".

Teqlər:

"\u0130srail Beyn\u0259lxalq \u018fdal\u0259t M\u0259hk\u0259m\u0259sind\u0259ki dinl\u0259m\u0259l\u0259rin legitimliyini tan\u0131m\u0131r"

Əlaqəli Xəbərlər