Menyu

Müdafiə Nazirliyi: Kəlbəcər və Daşkəsəndə daha 230 mina aşkarlanıb

Operativ Media
Müdafiə Nazirliyi: Kəlbəcər və Daşkəsəndə daha 230 mina aşkarlanıb
1 dəq oxu

Erməni diversiya qruplarının Kəlbəcər və Daşkəsən  rayonları ərazisində basdırdığı növbəti 230 ədəd mina aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir.

 

Əlaqəli Xəbərlər