Menyu

Lavrov: Rusiya Qəzza zolağı sakinlərinin əziyyətini görür

Lavrov: Rusiya Qəzza zolağı sakinlərinin əziyyətini görür

"Rusiya Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın İsraili tənqid etməsinə cavab verməyib, lakin Qəzza zolağı sakinlərinin əziyyətini görür". 

"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla ilə danışıqları zamanı deyib.

Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz İsraili Hitler Almaniyası ilə müqayisə edən Braziliya prezidentini persona non qrata elan edib.

"Biz istənilən ölkənin liderinin ifadə etdiyi fikirlərə hörmətlə yanaşırıq və ondan çıxış edirik ki, hər kəs öz reaksiyasını vermək hüququna malikdir. Biz prezident Lulanın bu çıxışına reaksiya vermədik, amma kiminsə müqayisə edib-etməməsindən asılı olmayaraq vəziyyətin necə olduğunu görürük. Bu vəziyyət başqa bir şeylə müqayisə edilmir, biz minlərlə günahsız insanın necə əziyyət çəkdiyini görürük", - rusiyalı nazir qeyd edib. 

Teqlər:

"Lavrov: Rusiya Q\u0259zza zola\u011f\u0131 sakinl\u0259rinin \u0259ziyy\u0259tini g\u00f6r\u00fcr"

Əlaqəli Xəbərlər