Menyu

"WhatsApp"a yeni funksiya gəlir

Nərmin Qocamanlı
"WhatsApp"a yeni funksiya gəlir

“WhatsApp”da istifadəçilərin profillərindən fotolarının yayılmasını qoruyan funksiyanı aktivləşdirəcək.

"Operativ Media"  WABetaInfo portalına istinadən xəbər verir ki, tərtibatçılar avatarların ekran görüntüsünün çəkilməsini qadağan etməyə hazırlaşırlar.
Bildirilib ki, beş il əvvəl istifadəçilərə digər istifadəçilərin profil şəkillərini saxlamağa imkan verən funksiya mesajlaşma proqramından silinib. Bu funksiyanın silinməsi istifadəçilərin xəbəri olmadan həssas istifadəçi məlumatlarını qorumaq məqsədilə həyata keçirilib. 

İndi “WhatsApp”ın Android üçün 2.24.4.25 beta versiyası profil şəkillərinin skrinşotlarını bloklayan funksiyaya malikdir.

Profil şəklinizin skrinşotunu çəkməyə çalışdığınız zaman bunun mümkün olmadığını bildirən bir bildiriş görünür. Oxşar məhdudiyyət adətən bank proqramlarında və ya "Telegram" mesajlaşma proqramında rast gəlinir. 

Hələlik bu funksiya yalnız "Android"də "WhatsApp"ın bəzi beta testerləri üçün əlçatandır. Yeniliyin proqramın stabil versiyalarında və digər platformalarda nə vaxt işləyəcəyi barədə məlumat verilməyib.

Teqlər:

"\"WhatsApp\"a yeni funksiya g\u0259lir"

Əlaqəli Xəbərlər