Menyu

"Appple" şirkəti "ağıllı üzük" cihazı üzərində işləyir

Nərmin Qocamanlı
"Appple" şirkəti "ağıllı üzük" cihazı üzərində işləyir

“Apple” şirkəti fitnes trekerin analoqu kimi çıxış edəcək və istifadəçinin sağlamlığı haqqında məlumat toplayan “ağıllı" üzük yaratmaq üzərində işləyir.

"Operativ Media" xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.

"Apple" bir neçə ildir ki, belə üzük konsepsiyası üzərində işləyir, bunu bir neçə patent sübut edir. Ehtimal olunur ki, qurğunun yaradılması "Samsung"un oxşar "Galaxy Ring" cihazırını elan etməsi ilə sürətlənib. "Apple"ın rəqibindən daha sürətli ağıllı üzüyü bazara çıxarması çətin görünür, lakin Amerika şirkətinin cihazı daha təkmilləşdirməyə çalışacağı dəqiqdir.

“Apple" "Samsung"un ağıllı üzüyünün saatlara daha rahat və enerjiyə qənaət edən alternativ təqdim edib-etmədiyini öyrənmək üçün bazarı diqqətlə izləyir. Şirkət geyilə bilən cihazlar xəttini genişləndirmək üçün uyğun bir ssenari kimi ağıllı üzüklər yaratmağı ciddi şəkildə nəzərdən keçirir. Bunu son vaxtlar sayı artmış tematik patentlərin qeydiyyatı sübut edir.

Qeyd edək ki, "Galaxy Ring" 2024-cü ilin ikinci yarısında kütləvi istehsala başlayacaq. “Galaxy Ring”in ürək döyüntüsünü ölçə bilməsi ilə yanaşı, EKQ monitorinqini və yuxu izləməni də dəstəkləyəcəyi gözlənilir. Cihaz həmçinin digər cihazları idarə etmək funksiyalarını və kontaktsız NFC ödəniş imkanlarını da qəbul etməlidir.

Teqlər:

"\"Appple\" \u015firk\u0259ti \"a\u011f\u0131ll\u0131 \u00fcz\u00fck\" cihaz\u0131 \u00fcz\u0259rind\u0259 i\u015fl\u0259yir"

Əlaqəli Xəbərlər