Menyu

Qəzzada 700 mindən çox insan aclıqdan ölə bilər

Qəzzada 700 mindən çox insan aclıqdan ölə bilər

"İsrailin blokadası altında olan Qəzza zolağında aclığın şiddətlənməsi səbəbindən 700 mindən çox insan ölüm təhlükəsi ilə üzləşib". 

"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin anklavı hökumətinin Rusiya, Çin və Türkiyəyə sektordakı blokadanın aradan qaldırılmasına köməklik göstərilməsi xahişi ilə müraciət edən bəyanatında deyilir.

"Təxminən 2 milyon 400 min insanın yaşadığı Qəzza zolağının əyalətlərində, xüsusilə Şimali Qəzza əyalətlərində aclıq hər gün daha da pisləşir ki, bu da 700 mindən çox fələstinlinin ölümünə səbəb ola biləcək humanitar fəlakət təhlükəsi yaradır", - deyə hökumətin mətbuat xidməti məlumat yayıb.

"Biz Rusiya, Çin, Türkiyə, Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurasını Qəzza zolağının blokadasını təcili olaraq aradan qaldırmağa və Fələstin xalqının aclığını dayandırmağa çağırırıq", - bəyanatda deyilir.

Teqlər:

"Q\u0259zzada 700 mind\u0259n \u00e7ox insan acl\u0131qdan \u00f6l\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər