AFP: Makron və Vanq Yi Ukraynada sülhü təşviq etmək barədə razılığa gəliblər
Fransa prezidenti Emmanuel Makron və Parisdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çinin xarici işlər naziri Vanq Yi Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə kömək etmək barədə razılığa gəliblər.
"Operativ Media" xəbər verir ki, bu barədə AFP agentliyi Fransa liderinin administrasiyasına istinadən məlumat yayıb.
AFP-nin məlumatına görə, müzakirə zamanı Fransa tərəfi Ukraynadakı münaqişənin həllində Çinin oynaya biləcəyi mühüm rol haqqında fikir bildirib. Agentlik aydınlaşdırıb ki, həmsöhbətlər beynəlxalq hüquq ruhunda sülh yolu ilə həlli təşviq etmək niyyətlərini ifadə ediblər.
AFP-nin məlumatına görə, Fransa lideri və Çin diplomatiyasının rəhbəri Fransa və Çin arasında ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi məsələlərinə də toxunub.
Van Yinin Parisə səfəri Fransa ilə ÇXR arasında diplomatik əlaqələrin qurulmasının 60 illiyinə təsadüf edir. AFP xatırladıb ki, Fransa 1964-cü ildə Çin Xalq Respublikası ilə səfirlik səviyyəsində diplomatik əlaqələr quran əsas Qərb ölkələri arasında birinci olub.