Menyu

Rusiya amerikalı senatoru terrorçular və ekstremistlər siyahısına daxil edib

Rusiya amerikalı senatoru terrorçular və ekstremistlər siyahısına daxil edib

Amerikalı respublikaçı senator Lindsey Qraham Rusiya tərəfindən terrorçu və ekstremistlər siyahısına daxil edilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Rosfinmonitorinq" məlumat yayıb.

Ötən il Rusiya Daxili İşlər Nazirliyi Qraham barəsində cinayət işi qaldıraraq, onun barəsində axtarış elan edib.

"Kommersant" xəbər verir ki, cinayət işinin başlanmasına səbəb amerikalı senatorun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü zamanı "ruslar ölür" və "onlar heç vaxt bu qədər uğurlu pul xərcləməmişlər" ifadələri olub.

Lindsi Qrehem ABŞ Konqresində əsas anti-rus senator hesab olunur. Rusiya 2022-ci ilin martında Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Lindsey Qraham hərbi münaqişəyə son qoymağın yeganə yolunun Vladimir Putini öldürmək olduğunu bəyan edib. O, həmçinin 2022-ci ildə qəbul ediləcəyi təqdirdə Rusiyanı terrorçu dövlət kimi təsnif etməyə imkan verən qətnamə təqdim edib. 
 

Teqlər:

"Rusiya amerikal\u0131 senatoru terror\u00e7ular v\u0259 ekstremistl\u0259r siyah\u0131s\u0131na daxil edib"

Əlaqəli Xəbərlər