İDDİA: Qərb Kiyevdən Rusiyadakı hədəflərin siyahısını tələb edib
Qərb Ukraynadan Rusiya ərazisindəki hədəflərin siyahısını, onların vurulmasının məqsədəuyğunluğunu əsaslandırmağı tələb edib.
"Operativ Media" xəbər verir ki, bu iddia ilə Rusiyanın TASS agentliyi öz mənbəsinə istinadən çıxış edib.
"Kiyevdən tələb olunur ki, Rusiya ərazisindəki hədəflərin siyahısını təqdim etsin və onların vurulmasının məqsədəuyğunluğunu əsaslandırsın. Ukraynaya çatdırılan raketlərin əməliyyatı və döyüş istifadəsi Kiyev rejiminin yox, faktiki olaraq NATO mütəxəssislərinin nəzarəti altında həyata keçirilməlidir. Bütün bunlar NATO-nun Rusiya Federasiyası Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda birbaşa iştirakından xəbər verir", - agentliyin həmsöhbəti qeyd edib.