Fransa ordusu Qırmızı dəniz və Ədən körfəzində Yəmənə aid 2 pilotsuz təyyarəni vurub.
"Operativ Media" xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fransanın FREMM tipli dəniz freqatları Qırmızı dənizin cənubunda və Ədən körfəzində Yəməndən gələn pilotsuz təyyarələrin çox sayda hücumunu təsbit edib.
Açıqlamaya görə, 2 pilotsuz təyyarə məhv edilib.
"Bu hərəkətlər Süveyş kanalından Hörmüz boğazına qədər dəniz təhlükəsizliyinə töhfə verir", - bəyanatda bu hərəkətlərin naviqasiya azadlığının müdafiəsinə töhfə verdiyi bildirilib.