Ana səhifə / Cəmiyyət / Goranboyda bıçaqlanma olub Goranboyda bıçaqlanma olub 10.12.2022, 20:12 Goranboyda bıçaqlanma baş verib. "Operativ Media" APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, hadisə kənddə keçirilən toyda baş verib. Hadisənin baş vermə səbəbləri araşdırılır.