Ana səhifə / Cəmiyyət / Şəmkirdə sirkə turşusu içən qadın zəhərlənib Şəmkirdə sirkə turşusu içən qadın zəhərlənib 11.12.2022, 09:09 Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. "Operativ Media" APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndində baş verib. 1991-ci il təvəllüdlü N.Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, qadın ailədə mübahisə etdikdən sonra sirkə turşusu içib. Faktla bağlı araşdırma aparılır.