Menyu

Gürcüstanın baş naziri: Ukraynadakı vəziyyət ölkənin NATO-ya inteqrasiyasını çətinləşdirir

Gürcüstanın baş naziri: Ukraynadakı vəziyyət ölkənin NATO-ya inteqrasiyasını çətinləşdirir

Ukraynada böhran olduğu müddətdə Gürcüstanın NATO-ya inteqrasiyası məsələsi çətin olacaq. 

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsseldə Alyansın baş katibi Yens Stoltenberqlə görüşünün yekununa dair açıqlamasında deyib.

"İndiki mərhələdə vəziyyət çətindir. Ukraynada müharibə olduğu halda Gürcüstanın NATO-ya inteqrasiyası mürəkkəbdir", - Kobaxidze bildirib.

Gürcüstan hökumətinin başçısı əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, respublika son nəticədə NATO-ya inteqrasiyaya yönəlməli və uyğun şərait yaradılana qədər gözləməlidir.

Kobaxidze baş nazir kimi Brüsselə ilk səfəri çərçivəsində bundan əvvəl Stoltenberqlə danışıqlar aparıb, həmçinin Gürcüstan-NATO komissiyasının iclasında iştirak edib.

Teqlər:

"G\u00fcrc\u00fcstan\u0131n ba\u015f naziri: Ukraynadak\u0131 v\u0259ziyy\u0259t \u00f6lk\u0259nin NATO-ya inteqrasiyas\u0131n\u0131 \u00e7\u0259tinl\u0259\u015fdirir"

Əlaqəli Xəbərlər