Goranboyda ölümlə nəticələnən yol qəzası olub-YENİLƏNİB

admin
Goranboyda ölümlə nəticələnən yol qəzası olub-YENİLƏNİB

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

"Operativ Media" APA-nın yerli bürosuna istinadən xəbər verir ki, “VAZ-21099” və “Geely” markalı avtomobil toqquşması nəticəsində Samux rayonu Sərkar kənd sakini 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu dünyasını dəyişib.

Xəsarət alan Samux rayon sakinləri "VAZ 21099"-un sürücüsü 1966-cı il təvəllüdlü Dünyamalı Məmmədov Ələs oğlu, 1984-cü il təvəllüdlü Rəhimli İlhamə Albert qızı, 2005-ci il təvəllüdlü Rəhimli Bibixanım Pərviz qızı, Goranboy sakinləri 1977-ci il təvəllüdlü İlqar Zeynalov, 1982-ci il təvəllüdlü Günel Zeynalova, 2008-ci il təvəllüdlü Nizami Qəribov, 2006-cı il təvəllüdlü Aysu Zeynalova xəstəxanaya yerləşdiriliblər.

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasından Gəncədə yerləşən tibb müəssisələrindən birinə aparılır.

***

15:20

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

"Operativ Media" APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Hərəkətdə olan “Vaz 21099” və “Geely” markalı iki avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Digər xəbərlər